Rusiyada bir gündə Dövlət Dumasının iki deputatı vəfat etdibackend

Rusiyada bir gündə Dövlət Dumasının iki deputatı vəfat etdi

Aprelin 23-də Rusiyada Nikolay Bortsovdan sonra Dövlət Dumasının daha bir deputatı dünyasını dəyişib.

“Vahid Rusiya” fraksiyasından olan deputat Yaşarbek Uzdenov da 56 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev Dövlət Dumasında məlumat verib.

Qaraçay-Çərkəz Respublikasının keçmiş təbii sərvətlər və ekologiya naziri, deputat Yaşarbek Uzdenov uzun sürən xəstəlikdən sonra həyatla vidalaşıb.

Qeyd edək ki, Uzdenov 2009-2013-cü illərdə Qaraçay-Çərkəz Respublikası Xalq Məclisinin deputatı olub. 2020-2021-ci illərdə regionun təbii sərvətlər naziri vəzifəsində çalışıb. 2021-ci il sentyabrın 19-da isə Dövlət Dumasının deputatı seçilib.

Xatırladaq ki, bu gün “Forbes”in ən varlı ruslar siyahısına daxil olan, “Vahid Rusiya”dan olan Dövlət Dumasının deputatı Nikolay Bortsov da 77 yaşında vəfat edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*