Rusiyanın Bryansk vilayətində helikopter qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, qəzaya uğrayan vertolyot şəhər və ətraf qəsəbələrə gedən elektrik xətlərini sıradan çıxarıb.
Qəza nəticəsində dörd rayon elektriksiz qalıb. Hakimiyyət rəsmiləri yaxın vaxtlarda elektrik enerjisi ilə bağlı problemləri həll edəcəyinə söz verib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ekipajın xəsarət almadığını, təcili enişə texniki nasazlığın səbəb olduğunu bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
