Rusiyada defolt QAÇILMAZDIR – Bloomberg TARİXİ AÇIQLADIbackend

Rusiyada defolt QAÇILMAZDIR - Bloomberg TARİXİ AÇIQLADI

Bloomberg yaxın günlərdə Rusiyada defolt olacağını proqnozlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Nəşr yazır ki, Rusiya iqtisadiyyatının Ukraynada əməliyyat başlayandan bəri üzləşdiyi çətinliklər fonunda defolt təhlükəsi də var. Agentlik Rusiya Federasiyasında belə bir ssenarinin risklərini qiymətləndirib. Bu, investorlara milyardlarla dollara başa gələ bilər və ölkənin maliyyələşdirmə imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.

Rusiyanın xarici borcu 150 milyard dollara çatıb. Bloomberg vəziyyətin inkişafı üçün üç senari təqdim edib:

– Rusiya borcunu dollarla ödəyəcək – bu o deməkdir ki, defolt ən azı aprelin 4-nə qədər təxirə salınıb;

– Rusiya rublla ödəniş edir – çərşənbə günü ödəniş yalnız xarici valyutada edilmiş hesab ediləcək, əks halda bu, defolt deməkdir;

– Rusiya ödəniş etmir – Çərşənbə günü ödəməmə üçün 30 günlük güzəşt müddəti başlayacaq, bundan sonra defolt olacaq.

Greylock Capital Associates eksperti Jonathan Prinə görə, dollar ifadəsində defolt miqyasına görə Argentinanın 2001-ci ildəki defoltu ilə müqayisə edilə bilər.

“Daha geniş bazar təsiri baxımından, bu, 1998-ci ildə Rusiya defoltundan sonra inkişaf etməkdə olan ölkələrin defoltlarının ən nəzərəçarpacaq hissəsi olardı”, – deyə ekspert bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*