Rusiyada idarəçilik SİSTEMİ DƏYİŞİRbackend

Rusiyada idarəçilik SİSTEMİ DƏYİŞİR

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə dövlət başçısının səlahiyyətlərinin bir hissəsinin Dumaya verilməsini təklif edib.

KONKRET.az xəbər verir ki, o, belə bir təkliflə təxminən 1 saat 12 dəqiqə davam edən müraciətində çıxış edib.

Məlumata görə, Rusiya parlamentinin Baş Nazir, bütün Baş Nazir müavinləri və federal nazirlərin namizədliyini təsdiqləmək hüququ qazanacağı gözlənilir.

Prezidentdən təklif olunan namizədlərin təsdiqlənməsi tələb olunacaq və onları rədd etmək hüququ olmayacaq.

Bundan əlavə, Putin qeyd edib ki, Prezidentin etimadını itirərsə və ya vəzifələrini lazımınca yerinə yetirməzsə, Baş Nazir, onun müavinləri və digər vəzifəli şəxsləri vəzifəsindən kənarlaşdırmaq hüququ olmalıdır.

Dövlət başçısı silahlı qüvvələrə rəhbərlik etmək hüququnu özündə saxlayacaq.

Putin, eyni zamanda, Rusiyanın iki dəfədən çox müddətə Prezident seçilməsinin mümkünlüyü barədə müddəada “ardıcıl” sözünün çıxarılmasının müzakirə olunmasını təklif edib. Dövlət başçısının sözlərinə görə, o bunu əsaslı bir dəyişiklik hesab etmir və buna qarşı deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*