Rusiyada ilk dəfə mavi almaz tapılıb – Nadir kristal Yakutiyadan çıxarıldıbackend

Rusiyada ilk dəfə mavi almaz tapılıb – Nadir kristal Yakutiyadan çıxarıldı

Rusiyanın Yakutiya bölgəsində ölkə tarixində ilk dəfə zərgərlik keyfiyyətinə malik təbii mavi almaz aşkar edilib.

KONKRET.az xəbər verir ki, ALROSA şirkətinin mütəxəssisləri Nakın kimberlit yatağında çəkisi 2,74 karat olan nadir kristal hasil ediblər.

Tapıntını xüsusi edən onun qeyri-adi rəngidir. Adi almazlar əsasən karbondan ibarət olduğu halda, mavi almazların kristal quruluşunda karbon atomlarının bir hissəsi bor atomları ilə əvəz olunur. Məhz borun mövcudluğu daşa nadir mavi çalar verir.

Kristalın digər mühüm xüsusiyyəti isə daxilində hər hansı qarışığın və yad elementlərin görünən izlərinin olmamasıdır. Bu xüsusiyyət onun zərgərlik və kolleksiya baxımından dəyərini daha da artırır.

Hazırda 11 mütəxəssis nadir almazın kəsilməsi və cilalanması üzərində işləyir. Hazır brilyantın 2026-cı ilin noyabr ayının sonunda ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.

Bu tapıntı Yakutiyadakı Nakın yatağında nadir bor tərkibli almazların mövcudluğunu bir daha təsdiqləyir. Eyni zamanda, alimlər üçün belə kristalların Yer kürəsinin dərin qatlarında hansı geoloji proseslər nəticəsində formalaşdığını daha ətraflı öyrənmək imkanı yaradır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*