Konkret.az rus mediasına istinadla xəbər verir ki, avqustun 27-dən sentyabrın 2-dək bir həftə ərzində Rusiyada istehlak qiymətləri 0,1 azalıb.
Avqustun ortalarında deflyasiya ardıcıl iki həftə ərzində 0.1% səviyyəsində qeydə alınıb.
Beləliklə, altı həftə ərzində dördüncü dəfə həftəlik deflyasiya qeydə alıb. Qeyd edək ki, deflyasiya mal və xidmətlərin azalmaması halında qiymətlərinin ümumi səviyyəsinin aşağı düşməsi və ya pulun dəyərinin artması prosesidir.
Yeri gəlmişkən, bundan əvvəl yalnız 2017-ci il sentyabrın əvvəlində qiymətlərin azalması müşahidə edilib.