Rusiyada qazanxana damı çökdü: Azərbaycanlı qardaşlar uçqunun altında qaldıbackend

Rusiyada qazanxana damı çökdü: Azərbaycanlı qardaşlar uçqunun altında qaldı

Rusiyanın Sverdlovsk vilayətinin Bisert qəsəbəsindəki köhnə zavodun ərazisində yerləşən qazanxananın damı uçub. Uçqun altında qalan bir nəfərin meyiti çıxarılıb.

KONKRET.az xəbər verir ki, Rusiya mətbuatının yazdığına görə, qəza keçmiş “UralSelMaş”  zavodu ərazisində baş verib. Uçqunun altında qalanlar 21 və 23 yaşlı azərbaycanlı qardaşlar olub.

İlkin məlumatlara görə, qəza nəticəsində başqa insanların da xəsarət alması istisna edilimir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, xilasedicilər və yanğınsöndürənlər gəlib.

Qəza ilə bağlı Nijneserqinsk rayon prokurorluğunda yoxlamalara başlanılıb. Məlum olub ki, qəza baş verən müəssisənin müflisləşən keçmiş sexi hazırda bələdiyyənin mülkiyyətindədir.

“İlkin ehtimala görə iki nəfər icazəsiz zavodun ərazisinə daxil olub və oradakı metaldan olan dayaq tirlərini kəsiblər. Bu da sonda damın çökməsinə səbəb olub” – prokurorluqdan belə deyilib./virtualaz.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*