Rusiyanın Novosibirsk şəhərinin “Tolmaçovo” hava limanında uçuşdan qabaq təyyarənin mühərriki yanıb.
KONKRET.AZ xəbər verir ki, S7 aviaşirkətinə məxsus və Vyetnama uçmalı olan təyyarədə 200-dən çox sərnişin olub.
Hadisədən sonra sərnişinlər və heyət üzvləri təxliyə olunub. Yanğının qarşısı qısa müddət ərzində alınıb.
Sərnişinlər hotellərə yerləşdirilib. Onların yeni təyyarə ilə təmin olunacağı deyilir.
