Rusiyada Ukraynaya göndərmək üçün könüllü batalyon yaradılırbackend

Rusiyada Ukraynaya göndərmək üçün könüllü batalyon yaradılır

Primorsk diyarında dəniz piyadaları briqadası əsasında Ukraynada keçirilən “xüsusi əməliyyat”da iştirak etmək üçün “Tiqr” könüllü batalyonu yaratmağa başlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə region hökuməti Telegram-da məlumat yayıb.

“Qarşıda bir ay atəş və taktiki təlimlər var. Könüllülərdən bəziləri döyüş təcrübələrini öz yoldaşları ilə bölüşürlər. Qurumun əsas prinsipi odur ki, batalyon yalnız həmyerlilərimizdən ibarət olacaq və bizim sahilyanı 155-ci Mühafizə Dəniz Piyada Briqadamıza dəstək verəcək”, – deyə məlumatda bildirilir.

Primorsk diyarının səlahiyyətliləri əmin ediblər ki, onlar könüllü dəstəni lazımi hər şeylə, o cümlədən xüsusi avadanlıq və rabitə vasitələri ilə təchiz edirlər.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*