“Rusiyadan buğda almaq və ödənişi rublla etmək istəyirik” – Husilərin rəhbərindən gözlənilməz AÇIQLAMAbackend

"Rusiyadan buğda almaq və ödənişi rublla etmək istəyirik" - Husilərin rəhbərindən gözlənilməz AÇIQLAMA

Yəməndəki husilər Rusiyadan buğda almağa və ödənişini rublla etməyə hazır olduqlarını bəyan ediblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, husilər Rusiyadan buğda almaq istədiklərini bildiriblər:

“Rusiya bir müddət əvvəl Yəmənə buğda yardımı təklif edib. Ona görə də biz Xarici İşlər Nazirliyindəki qardaşlara Rusiyadan buğda və törəmə məhsullar almaq üçün əlaqə saxlamağı məsləhət görürük. Bu, yaxşı anlaşmadır. Ödənişi isə digər valyutalardan uzaq, yəni rublla etmək məqsədəuyğundur” – husilərin rəhbərlərindən Məhəmməd Əli əl-Husi vurğulayıb.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bütün ixrac mallarına görə ödənişin rublla həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib. Amerikalı investor Adam Taunsend isə Qərbin sanksiyalarının tətbiqi fonunda Rusiya rublunun möhkəmlənməsinə təəccübünü gizlətməyib.

MÜşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*