Rusiyadan RƏSMİ AÇIQLAMA: “Soçi görüşündən müsbət nəticələr gözləyirik”backend

Rusiyadan RƏSMİ AÇIQLAMA: "Soçi görüşündən müsbət nəticələr gözləyirik"

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudnenko bildirib ki, tərəflərin mümkün görüşündə iştirakını təsdiqləməsə belə, Gürcüstan üçün “3+3” formatında yer qalacaq.

Qeyd edək ki, “3+3” formatına Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə daxil olmalıdır.

KONKRET.az xəbər verir ki, Andrey Rudnenko həmçinin bildirib ki, Soçi görüşündə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının istiqamətləri müəyyən ediləcək.

Andrey Rudnenkonun sözlərindən belə başa düşmək olur ki, Rusiya üçtərəfli görüşdən çox şey gözləyir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*