“Rusiyalı deputatın Azərbaycanla bağlı bəyanatı qəbuledilməzdir” – Mariya Zaxarovabackend

“Rusiyalı deputatın Azərbaycanla bağlı bəyanatı qəbuledilməzdir” - Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı açıqlamalarına münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, nazirliyin sözçüsü Mariya Zaxarova deputatın fikirlərinin qəbuledilməz olduğunu bildirib və məsuliyyətsiz hərəkət adlandırıb:

“Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir. Rəsmi Bakı ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti, habelə strateji tərəfdaşlıq münasibətlərimiz var. Əminik ki, Rusiya Dövlət Dumasının rəhbərliyi tərəfindən bu cür təxribat xarakterli bəyanatlara müvafiq qiymət veriləcək”.

 

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*