General-leytenant Konstantin Pulikovski hesab edir ki, Vladimir Zelenskiyə toxunulmur, çünki o, Moskva ilə sənədlər imzalamalıdır, lazım gəlsə, RF Silahlı Qüvvələri çoxdan onun sarayına və ya Radanın binasına hədəfli zərbə endirəcəkdi.
KONKRET.az xəbər verir ki, ekspert Krasnodar telekanalının efirində elə belə də deyib: “Gəlin özümüzə sual verək: Yəni biz Zelenski və ya prezident sarayını yüksək dəqiqlikli raketlə vura bilmədik?”.
Pulikovski qeyd edib ki, Zelenski Moskva ilə müqavilə imzalamaq üçün lazımdır. Eyni zamanda o, hadisələrin belə inkişafının ilk növbədə Ukraynaya və onun xalqına sərfəli olduğunu vurğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az