Rusiyalı müğənni “Oskar”da çıxışı haqqında danışdıbackend

Rusiyalı müğənni "Oskar"da çıxışı haqqında danışdı

Rus caz müğənnisi Anna Buturlina Ren TV-yə verdiyi müsahibəsində Oscar-2020 film mükafatlandırma mərasimindəki çıxşının təəssüratını bölüşüb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Oskar film mükafatlandırma mərasimi Okko onlayn teatrı tərəfindən canlı yayımlanıb.

Buturlina Akademiya Mükafatına nominasiya almış “Soyuq ürək-2” cizgi filmindən “Bir daha üfüqdə” mahnısını ifa edib.

“Bu heyrətamiz kompozisiyanı bütün dünyaya təqdim etmək üçün dünyanın dörd bir yerindən toplanmış insanlardan biri olduğum  çox həyəcanvericidir” deyən müğənni “Soyuq ürək-2” filminin musiqisinin müəllifi Robert Lopez ilə tanış olduğunu qeyd edib.

“Və birlikdə finalda neçə çıxış edəcəyimizi fikirləşdik” deyib.

O, Rusiyadan Oskar səhnəsində çıxış edən ilk müğənni kimi şərəf duyduğunu söyləyib.

Anna Buturlina “Soyuq ürək” və “Soyuq ürək-2” cizgi filmlərində şahzadə Elzanın səsini canlandırıb. O, mahnılarını rus dublyajında ​​ifa edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*