“Ermənistan Azərbaycanla Rusiya arasında nifaq salmağa, müharibə başlanmasına çalışır”.
KONKRET.az xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib.
“Bu, iki ölkə arasında inamsızlıq mənbəyinə çevrilə və son nəticədə müharibənin başlanmasına gətirib çıxara bilər. Ermənilər də bunu – rusiyalı əsgərlərin erməni maraqları uğrunda döyüşməsini istəyir”, – D.Qrevtsova bildirib.
O həmçinin qeyd edib ki, Qarabağda təxribatlar törətməklə ermənilər özləri üçün müəyyən üstünlüklər əldə etmək istəyirlər, lakin genişmiqyaslı müharibə gözləmək lazım deyil:
“Ermənilər Azərbaycan Ordusundan qorxurlar. Onlar Azərbaycanın torpaqlarını necə tez geri qaytardığını gördülər. Müharibə olarsa, ermənilər məğlub olacaq