Rusiyanın Estoniyadakı səfiri Aleksandr Petrov Tallinni Rusiyanın Sputnik agentliyinə görə medianın azadlığı ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.
O vurğulayıb ki, Rusiya tərəfi tələb edir ki, Baltikyanı dövlət Sputnik agentliyinin sərbəst məlumat yaymaq hüququna hörmət etsin.
Diplomat qeyd edib ki, Moskva baş verən siyasi senzuraya cavab olaraq müvafiq beynəlxalq strukturlardan daha layiqli cavab almağa çalışacaq.
Onun fikrincə, bu addım özünü söz azadlığının təmin edilməsi üçün bir model kimi göstərən Estoniyanın imicinə xələl gətirib.
Petrov Estoniya hakimiyyətini Sputnik jurnalistləri ilə pis münasibət qurmağa görə də tənqid edib.
Babək Göyüş
KONKRET.az
