“Rusiyanın 35-ci ümumqoşun ordusunun komanda məntəqəsi məhv edildi” – Ukrayna MNbackend

"Rusiyanın 35-ci ümumqoşun ordusunun komanda məntəqəsi məhv edildi" - Ukrayna MN

Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı operativ məlumat yayıb.

KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində paylaşım edilib.

Rəsmi informasiyaya əsasən, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ələ keçirərək müdafiəsini saxlamağa çalışdığı sərhədyanı bölgələrə əks-hücumları davam edir. Ukraynalı hərbçilər ötən sutka Rusiya Silahlı Qüvvələrinin 35-ci ümumqoşun ordusunun komanda məntəqəsi və mühafizə taqımını zərərsizləşdirib.

Bildirilib ki, rəqibin itkilərinin sayı dəqiqləşdirilir: “Ötən sutka ərzində düşmənin 2 “Su-34” qırıcısı, 3 esminets “Vaçi” “Su-34CM”, 3 “ES” helikopteri və operativ-taktiki səviyyəli pilotsuz uçan aparatı məhv edilib. Quru əməliyyatı keçirə bilməyən rusiyalılar mülki obyektləri hədəf almaqda davam edir”.

Məlumata görə, Rusiya kütləvi şəkildə dezinformasiya yayır: “Qarşı tərəfin informasiya məkanındakı məkrli fəaliyyəti davam edir. Bu, Ukraynanın hərbi-siyasi rəhbərliyinə və müdafiə qüvvələrinə qarşı təxribatdır. Amma onlar ciddi itki verməkdədir. Rəqibin kadr təminatında ciddi problemlər var. Rusiya ordusunun şəxsi heyəti ruhdan düşür. Beləliklə, fərariliklərin sayı artır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*