Rusiyanın Baş prokuroru da dəyişdibackend

Rusiyanın Baş prokuroru da dəyişdi

Rusiyanın Baş prokuroru dəyişib.

KONKRET.AZ-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bu gün Rusiya Federasiya Şurasının plenar iclasında Yuri Çayka Baş prokuror vəzifəsindən azad olunub.

Rusiya Prezidenti Vladimir Putin tərəfindən namizədliyi irəli sürülmüş İqor Krasnov iclasda Baş prokuror vəzifəsinə təsdiqlənib. Y. Çayka İqor Krasnova Baş prokuror vəzifəsində uğurlar arzulayıb. İ. Krasnov vəzifəyə təsdiqlənəndən sonra Baş prokuror kimi and içib.

Rusiyanın yeni Baş prokuroru İ. Krasnov buna qədər Rusiya İstintaq Komitəsinin sədr müavini olub.

V. Putin Y. Çaykaya isə Rusiya Prezidentinin Şimali Qafqaz Federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*