Rusiyanın bu aeroportunda uçuşlar qadağan edildibackend

Rusiyanın bu aeroportunda uçuşlar qadağan edildi

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Nijnekamsk şəhər aeroportundan hava reyslərinin qəbulu və göndərilməsinə müvəqqəti məhduyyətlər tətbiq etdiyini elan edib.

KONKRET.az xəbər verir ki, bu haqda agentliyin Telegram kanalına məlumat yayılıb.

“Nijnekamsk (Beqişevo, İKAO kodu: UKWE) aerportunda hava gəmilərinin qəbulu və göndərişinə müvəqqəti məhduyyətlər qoyulub”,- Rosaviasiyanın məlumatında deyilir.

Qeyd edilir ki, bundan əvvəl Tatırstanda dron hücumları təhlükəsi elan olunmuş və Kazan aeroportunda uçuşlara oxşar qadağalar tətbiq edilmişdi./Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*