Rusiyanın bu şirkəti Gəncəyə birbaşa uçuşlara başlayırbackend

Rusiyanın bu şirkəti Gəncəyə birbaşa uçuşlara başlayır

Rusiyanın “Azimut” aviaşirkəti iyunun 13-dən Gəncə şəhərinə birbaşa uçuşlara başlayır.

KONKRET.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladimir Vladimirov məlumat yayıb.

O bildirib ki, uçuşlar Mineralnıye Vodıdan Gəncəyə həftəlik birbaşa reyslə baş tutacaq:

“Biz Mineralnıye Vodı hava limanından yeni marşrut açırıq. İyunun 13-dən etibarən Azərbaycanın ən böyük şəhərlərindən biri olan Gəncəyə “Azimut” Hava Yollarının həftəlik birbaşa uçuşları başlayacaq. Bu, həm səyahətçilər, həm də sahibkarlar üçün logistikanı daha rahat edəcək, həmçinin regionumuza turist axınının artmasına kömək edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*