Atalarımız deyib ki, qonşunu iki inəkli istə, sənin biri də olsa, bəsindir.
Çox təəssüf ki, atalarımızın həyat devizi olacaq bu cür hikmətli sözlərinə çox zaman əməl etmirik. Məsələn, bu gün Azərbaycanda üç adamdan ikisi Rusiyanın qoşulduğu son münaqişədə onun məhv olacağına “stavka” edir, ümidlənir. Bəziləri isə bir az da qabağa gedərək Rusiyanın məğlubiyyətini indidən bayram edir.
Əvvəla, bu adamların başqasının faciəsinə niyə sevindiyini anlamıram.
İkincisi də ki, Rusiyanın məhv olmasının və yaxud məğlub olmasının həmin soydaşlarımıza hansı divident gətirdiyini kəsdirə bilmirəm. Ola bilsin, hansı dönəmlər üçün onlar Rusiyanı qınaya bilər. Amma bu gün olanlar üçün nifrət püskürmək insanlığa yaddır. Və bu yerdə anti-Rusiya əhval-ruhiyyəli soydaşlarımıza bir neçə faktı xatırlatmaq istəyirəm. Azərbaycan qeyri-neft sektorunda ən çox məhsul ixrac etdiyi ölkə Rusiyadır. Hər il Rusiya ilə ticarət dövriyyəsindən Azərbaycana 2 milyard dollar, orada yaşayan soydaşlarımızdan isə 1 milyard dollar vəsait gəlir.1 milyondan artıq soydaşımız Rusiyada işləyərək Azərbaycandakı ailələrini saxlayırlar. Dünyada azərbaycanlılar üçün belə əlverişli və dividendli ikinci bir ölkə yoxdur. Hətta qardaş Türkiyə bu məsələdə Rusiyadan çox-çox geri qalır. Hazırda Türkiyəyə imkanlı soydaşlarımız, bir az da yüngül əxlaqlı qadınlarımız axın edir. Rusiyaya isə əhalimizin ən kasıb təbəqəsi gedir. Gedənlərin də 70-80 faizi özü üçün normal güzəran qurur. Hələ məsələnin mənəvi tərəfini demirəm.
Bəlkə də, dünyada yeganə ölkə Rusiyadır ki, Azərbaycan qadınına layiq olduğu hörməti göstərir. Halbuki, əksər müsəlman ölkələri və hətta qardaş dediyimiz Türkiyədə Azərbaycan qadını haqqında çox pis fikir formalaşıb. Elə bizim özümüzdə də… Hansısa qadının Türkiyəyə getdiyini eşidəndə təəssüflə başımızı bulayırıq. Amma Rusiya haqqında bunu demək sadəcə mümkün deyil. Qayıdaq yenə iqtisadi tərəflərə.Ötən il xaricdən alınan ərzaqlıq buğdanın 95 faizi (315,2 milyon ABŞ dolları), buğda ununun 96,6 faizi (1,4 milyon ABŞ dolları), qarabaşağın 99,98 fazi (6,5 milyon ABŞ dolları), günəbaxan yağının 97,6 faizi (71,8 milyon ABŞ dolları), soya yağının 88,5 faizi (2,1 milyon ABŞ dolları), marqarinin (maye marqarindən başqa) 80 faizi (2,1 milyon ABŞ dolları), qarğıdalının (toxumluqdan başqa) 90,7 faizi (6,4 milyon ABŞ dolları) bu ölkənin payına düşüb.
Deməli, Rusiya ən azından bizi kifayət qədər ucuz qiymətə çörəklə təmin edən ölkədir. Bu yerdə yada salaq ki, Putin ötən günlərdə Rusiyadan ərzaqlıq buğdanın ixracına embarqo qoydu. Əgər Rusiya embarqonu ölkəmizə qarşı sərtləşdirsə, nəticələr haqqında danışmaq belə qorxuludur…
Bəs elə isə Rusiyanın məhv olmasına niyə bu qədər həvəsliyik?
Bu məsələnin iqtisadi tərəfi. İndi isə keçək məsələnin siyasi tərəfinə. 44 günlük müharibədə Rusiya tərəfsiz qaldı. Bu da bizim Böyük Qələbəmizi şərtləndirən səbəblərdən biri oldu. Sonda 10 noyabr Anlaşması da Rusiyanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutdu. Hansı ki, bu Anlaşmanın bütün şərtləri dövlətimizin və xalqımızın maraqlarına xidmət edir. Bu gün Ukraynada baş verənlərin bir səbəbi də 10 noyabr Anlaşmasıdır. Çünki Qərb 10 noyabr Anlaşmasını heç cür həzm edə bilmir. Bunun bir səbəbi bu sülh anlaşmasında Qərbin pay sahibi olmamasıdırsa, digər səbəbi Rusiyaya qarşı qısqanclıqdır. ABŞ və Qərb hər zaman adət edib ki, bütün xoşməramlı, sülhpərvər məsələlərin həllində öz imzasını qoysun. Amma Dağlıq Qarabağ probleminin həllində Qərbin imzası imzalar içində olmadı. Bu isə onların beynəlxalq aləmdə “sülh carçısı” adına ağır bir zərbə oldu. Hələ onu demirəm ki, Rusiya-Ukrayna münaqişəsi müharibə müstəvisinə keçməmişdən əvvəl Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsləri ilə çözülmək üzrə idi.
Yada salaq ki, müharibə başlamazdan bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Kiyevə səfər etdilər. Bu səfərlərdən sonra Türkiyə Prezidenti Putini Ankaraya dəvət etdi. İlham Əliyev isə Kiyev səfərindən həmən sonra Moskvaya getdi. Artıq sülhə bir addım qalmışdı. Lakin son anda ABŞ və Qərb sülh danışıqlarını pozdu. Qərb liderləri Azərbaycan və Türkiyə liderlərinin siyasi fəallığını sadəcə həzm edə bilmədilər. Qarabağdan sonra Ukrayna böhranında da onların oyundankənar qalması qorxusu ilə Zelenskini şirin vədlərlə danışıqlardan geri çəkilməyə məcbur etdilər. Qərb Zelenskiyə ən qısa vaxtda Ukraynanın Aİ-yə və NATO-ya üzv qəbul edəcəkləri yalanları ilə aldatdılar. İndi isə bu barədə heç söhbət belə getmir. Üstəlik, Zelenski hər gün Qərbə yalvarır ki, “Ukraynanın hava məkanını bağlayın”. ABŞ və Avropa liderləri isə deyirlər ki, “Ukraynanın hava məkanını bağlamaq üçüncü dünya müharibəsinə səbəb ola bilər”.
Gəlin yada salaq ki, bu gün Ukraynanın qan çanağına dönməsinin əsas günahkarlarından biri olan Qərb Azərbaycanın da uzun illər heysiyyatı ilə oynayıb. Belə ki, ABŞ və Fransa Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədri olaraq 25 il Dağlıq Qarabağ probleminin “həllinə çalışıb”.
Ona görə də Rusiyanı söyənlər dönüb bir Qərbə də baxsınlar. Qarabağ probleminin 30 il uzadılmasında Rusiya qədər ABŞ və Qərb dövlətləri də günahkardır. Sonda fikrimi daha bir atalar sözü ilə bitirmək istəyirəm: “İlanının ağına da, qarasına da lənət”.
Surxay Atakişiyev,
KONKRET.az

Səni atan kişi deyildi atakişiyev. rusya paramparça olacaq. Teror diktator, təhditkar, işqalçı ölkələrə taviz yox
Surxay Atakişiyev, SIZ NƏ ZAMANDAN ANALİTİK OLDUNUZ….TÜRKMƏNÇAY, ADR-NİN TALEYİ,CƏNUBİ AZƏRBAYCAN (1945), QƏRBİ AZƏRBAYCANLILARIN DEPORTASİYASI, 20 YANVAR, QARABAĞ, XOCALI VƏ SAİRƏ…SİZ MİLLƏTİMİZİ NƏ SAYDINIZ?…BƏLİ RUSİYA İMPERİYASI ÇÖKƏCƏK VƏ BİR ÇOX MİLLƏTLƏR BUNUN FƏRQİNDƏDİR…QƏRB DƏ RUSİYA DA EYNİ “ŞEYDİR”….
Yazıb ki ruslar Azərbaycan qadınına hörmət edir, ərəblər, türklər, kürtlər isə etmir, adamdan soruşarlar sənin qadının başqa ölkəyə pul qazanmaya ətini budunu satmaya gedirsə bu sənin ölkənin hakimiuəti, dövləti, hökümətinin vünahıdır. Yaxşı təhsil və tərbiyə verilməlidir xalqa ki fahişəliyin, əxlaqsızlığın çirkin hərəkət olduğunu insanlar anlasın. Ölkədə otellər tikib sex turizmi ilə turizmi şaxələndirən yenə hökümətdir. ərəbləri, türkləri, kürtləri ölkəyə soxan yenə bu hökümətdir. Heçbir Avropa ölkəsinin ölkəsinin qapısından keçirmədiyi Iraklıları süleymaniyə, erbil havalimanlarından charter uçuşlarıyla ölkəyə vizasız, problemsiz gətirən yenə hökümətdir. Hərşeydən öncə təhsil və iş imkanları olmalıdır, fabriklər açılmalıdır, istehsal sahələri yaradılmalıdır o zaman həm ölkə özünü hərşeylə təmin edər həm də vətəndaş yaşamaq eçün maddi gəlirə sahib olar. Ha bir də rus qadınları varkən rus Azərbaycan qadınına mı baxacaq? Baxan da baxır Azərbaycanda rus sünnətsizləri az mı Azərbaycanlı qızlarla gəzir səbəbi dövlət rusizmi millətə impoze etdiyidir
rusya dünyaya və Azərbaycana ən böyük təhditdir. rusyada kütlə imha silahları var, bundan faydalanıb qonşu ölkələri təhdit və şantaj edir, rusya mallarını yeni bazarlara çıxarıb varlanmaq istəyir sonra bu ölkələrdən qazandığı pulla o ölkələri vurur, işqal edir. rusyanın çökməsi, dağılması durumunda NATO’ya da ehtiyac qalmayacaq, ölkələr silahlanma yarışını bitirəcək. rusya dağılarsa ki qaçınılmazdır Azərbaycan daha çox inkşaf edəcək, biz qida istehsalımızı təmin edəbilərik, ərazilərimiz var əkib yetişdirərik, milyonlarla dollarımız da ölkəmizdə qalar. Sizin dar düşüncəniz bunları anlamaz. rusya Azərbaycana çürük silah satıb erməniləri pulsuz silahlandırıb Azərbaycanı maddi, siyasi və mənəvi olaraq zəyiflədir. rusya bölgədə özündən başqa inkşaf etmiş ölkə istəmir mən isə Azərbaycanın inkşaf etməsini istəyirəm, bu rusyanın dağılmasıyla olacaq
Biz rusiyadakı mövcud hakimiyyətin məhvini istəyirik, Rusiyanın yox, ey bunu anlaya bilməyən debil analitik. Bu hakimiyyət dövlətimizi inək kimi sagır və bu da xalqın dolanışığı dan çıxır. Putin rədd olub getsə sadaladığın müsbət amillər qat-qat daha yaxşı və təhlükəsiz olacaq və bu aksiomadır. Sən indiyədək Rusiya hakimiyyətinin nə olduğunu qanmamısansa və və belə çürük mənəviyyatdan doğan fikirlərin daşıyıcısansa vay öz halına. Və rədd ol cəhənnəminə belə rəzil “analitik” yazılarını da sox güngörməzinə…