“Rusiyanın əsəbləri ilə oynamalıyıq” – Generaldan 6 ölkəyə çağırışbackend

“Rusiyanın əsəbləri ilə oynamalıyıq” – Generaldan 6 ölkəyə çağırış

ABŞ-ın Avropa Qüvvələrinin keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodces bölgə ölkələrini Qara dənizdə “Rusiyanın əsəbləri ilə oynamağa” çağırıb.

KONKRET.az teleqraf.com-a istinadən xəbər verir ki, general Ukrayna, Gürcüstan, Rumıniya, Bolqarıstan, Türkiyə və Moldovanın Rusiyaya qarşı birləşməsinin vacib olduğunu söyləyib.

Hodces hesab edir ki, adıçəkilən ölkələr Rusiyaya qarşı mübarizədə bir-biri ilə kəşfiyyat məlumatlarını bölüşməlidirlər:

“ABŞ da bunun bir hissəsi olmalıdır. Rusiyanın Qara dəniz donanması komandanının, məsələn, Sevastopoldakı qanunsuz bazasında özünü çox narahat hiss edəcəyi tədbirləri görməliyik. Qara dənizdəki Rusiyanın əsəbləri ilə oynamalıyıq”.

O, Ukraynanın gəmi əleyhinə raketlər əldə etmək qərarının və ABŞ-ın Rumıniyada kəşfiyyat və hücum üçün “MQ-9 Reaper” pilotsuz təyyarələrini yerləşdirməsinin bölgədə üstünlük əldə etməyə kömək edəcək mühüm addımlar olduğunu deyib.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*