Rusiyanın müdafiə naziri haradadır? – ÖZƏL AÇIQLAMAbackend

Rusiyanın müdafiə naziri haradadır? – ÖZƏL AÇIQLAMA

Rusiyanın Ukraynaya təcavüzü bir aydan çoxdur ki, davam edir. Qısa müddətdə Ukrayna ərazisini işğal etməyi planlayan rus ordusu öz məqsədinə çata bilmədi. Əksinə, bu müharibədə onların hərb sahəsindəki zəiflikləri ortaya çıxdı. Belə bir məqamda Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müəmmalı şəkildə yoxa çıxması isə müxtəlif suallar doğurur. Ordunun aktiv döyüş əməliyyatları keçirdiyi bir vaxtda Rusiyanın müdafiə naziri Sergey Şoyqu haradadır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Abuzər Əbilov bildirib ki, hazırda Şoyqunun harada olması haqqında dəqiq məlumat yoxdur:

“Rusiyayönümlü informasiya vasitələri Şoyqunun xəstə olduğunu söyləyir. Lakin bir dövlət hansısa ölkədə hərbi əməliyyatlar keçirirsə və bu əməliyyatlar uğursuz nəticələnirsə, vəzifəli şəxslərin, xüsusilə, müdafiə nazirinin ortalıqda “görünməməsi” bir sıra suallar doğurur. Adətən belə məqamda vəzifəli şəxslərin məzuniyyətdə olduğu söylənilir. Yaxud onların xəstə olmasına dair müxtəlif məlumatlar yayılır. Uğursuzluğu gizlətmək üçün müxtəlif bəhanələr sadalana bilər. Lakin indi Şoyqunun harada olmasına dair dəqiq məlumat yoxdur”.

Ekspert qeyd etdi ki, yaxın günlərdə Sergey Şoyqu “birdəfəlik yoxa çıxacaq”:

“Fakt budur ki, Rusiyanın Ukraynada apardığı müharibə Putinin planlaşdırdığı kimi getmədi. Müharibənin ilk günlərindən rus ordusu böyük itkilər verdi. Həm canlı qüvvə, həm də hərbi texnika itkilərinin sayı çox böyükdür. Putinin “ildırımsürətli müharibə”, yəni üç gün ərzində işğalı başa çatdırmaq planı baş tutmadı. İşğalçı Rusiya demək olar ki, Ukraynanın bütün şəhərlərini bombalayır, hətta mülki əhalini atəşə tutmaqdan belə çəkinmir. Lakin Ukrayna ordusu və xalqı bu günə kimi dirəniş göstərir, təslim olmur. Şoyqunun yoxa çıxması da məhz bununla bağlıdır. Əməliyyatların düzgün aparılmaması və itkilərin çoxluğu fonunda biz yaxın vaxtlarda Şoyqunun “birdəfəlik yoxa çıxmasının” şahidi ola bilərik”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*