Rusiyanın Polşadakı səfirliyinə qırmızı boya ATILDI – FOTOLARbackend

Rusiyanın Polşadakı səfirliyinə qırmızı boya ATILDI - FOTOLAR

Rusiya Federasiyasının Varşavadakı səfirliyinə qırmızı boya ilə atılıb.

KONKRET.az xəbər verir ki, Polşa polisinin sözçüsü Qabriela Putira məlumat verib. O bildirib ki, hadisə martın 28-də saat 16:00-dan sonra Belvedere küçəsində baş verib.

Aksiyanın təşəbbüskarları Rusiya Federasiyasının bayrağını diplomatik missiyanın hasarının qarşısındakı asfalt üzərinə qoyub, üzərinə boya töküblər.

Rusiyanın Varşavadakı səfirliyinin binası Ukraynadakı müharibəyə etiraz olaraq qırmızı boya ilə boyanıb.

“Bir neçə kişi Rusiya səfirliyinin binasının üzərinə qırmızı boya töküb. Onlar özləri ilə “”Faşizm lənət”” yazısı olan pankart, hasarın önündə Ukraynadakı dağıntılar və müharibə qurbanlarının fotolarını da gətiriblər.

Həmçinin aksiya iştirakçıları qırmızı boya ilə boyanmış hasarın yanında Rusiya bayrağı yerləşdiriblər.

Aksiya nəticəsində Polşa polisi iki nəfəri saxlayıb.

“Hadisə ilə bağlı Rusiya səfirliyi yaxınlığında polis tədbirləri həyata keçirilir”, – deyə Qabriela Putira bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*