Rusiyanın ÜTT-dəki ticarət statusu ləğv ediləcəkbackend

Rusiyanın ÜTT-dəki ticarət statusu ləğv ediləcək

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı dördüncü sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ Şurasına sədrlik edən Fransanın “Twitter” hesabında məlumat verilib.

Bildirilib ki, Rusiyanın Ümumdünya Ticarət Təşkilatındakı (ÜTT ) “ən əlverişli ölkə” ticarət statusu ləğv ediləcək.

Həmçinin Belarusun ÜTT-yə üzvlüklə bağlı müraciətinin baxılması dayandırılacaq.

Qeyd olunub ki, sanksiyalar Rusiya iqtisadiyyatınln müxtəlif sektorlarına və induvidual şəxslərə tətbiq olunacaq.

Sanksiyaların digər təfərrüatları açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*