Rusiyanın yeni Baş naziri Mişustinin anası erməni əsillidirbackend

Rusiyanın yeni Baş naziri Mişustinin anası erməni əsillidir

Rusiyanın yeni baş naziri Mixail Mişustinin anası erməni əsillidir.

KONKRET.az xəbər verir ki, bu barədə “Rusarminfo” nəşri yazır.

Bildirilir ki, onun erməni əsilli olmasının kökü müasir Ermənistanın köhnə Mişustin soyadının əsasını təşkil edən kiçik bir kəndə söykənir.

“Mişustinin ana tərəfi ermənidir. Deyilənə görə, kökü Tayçarux kəndindəndir (indiki Meqradzor). Tayçarux türk dilindən “bir terlik” kimi tərcümə olunur və erməni dilində “miçuste” kimi səslənir – görünür, Mixailin əcdadları Rusiyada Mişustin soyadını alaraq “ç” hərfini daha ahəngdar “ş” olaraq dəyişdiriblər”, – nəşr yazıb.

Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyi Dmitri Medvedev hökumətinin istefasından bir gün sonra Rusiya prezidenti Vladimir Putin tərəfindən təklif edilib.

Mişustin cümə axşamı proqramını Dövlət Dumasına təqdim edib, ardından isə səs verilib. 383 deputat onun namizədliyini dəstəkləyib, 41-i bitərəf qalıb və heç kim qarşı çıxmayıb. Bundan sonra, Vladimir Putin Mixail Mişustinin Rusiyanın Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*