Rusiyaya casusluq edən 3 dövlət məmuru SAXLANILDIbackend

Rusiyaya casusluq edən 3 dövlət məmuru SAXLANILDI

Bolqarıstan Xüsusi İstintaq Prokurorluğu 3 dövlət məmuru haqqında Rusiya xeyrinə casusluq etdiyinə görə istintaq başladıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu xüsusi istintaq prokurorluğunun baş direktoru Valentina Macarova mətbuata verdiyi açıqlamada bildirib.

Macarova bildirib ki, şübhəlilərdən ikisi Dövlət Milli Təhlükəsizlik Agentliyinin kəşfiyyat bölməsində, digəri isə nazirlikdə orta səviyyəli vəzifələrdə olub.

Xüsusi istintaq prokurorluğunun sözçüsü Xristo Kristev, şübhəlilərin əldə etdikləri məlumatları xüsusi GPS cihazları ilə Rusiyanın Sofiyadakı səfirliyinə çatdırdıqlarını bildirib.

Qeyd edək ki, martın 18-də Bolqarıstan 10 rus diplomatını ölkəyə casusluq etdiklərini əsas gətirərək “persona non-qrata” elan edib.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*