Aİ Rusiyaya qarşı dördüncü iqtisadi və şəxsi sanksiyalar paketini TƏSDİQLƏDİbackend

Avropa İttifaqı Rusiyaya qarşı dördüncü iqtisadi və şəxsi sanksiyalar paketini TƏSDİQLƏDİ

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı dördüncü iqtisadi və şəxsi sanksiyalar paketini təsdiqləyib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, iclasa Fransa sədrlik edib.

“Aİ ölkələrinin Daimi Nümayəndələr Komitəsi beynəlxalq tərəfdaşlarla razılaşdıraraq, Ukraynaya qarşı təcavüzdə iştirak edən fiziki və hüquqi şəxslərə, eləcə də Rusiyanın bir sıra iqtisadi sektorlarına qarşı yönəlmiş dördüncü sanksiyalar paketini razılaşdırıb”, – bəyanatda deyilir.

18:28

Rusiya Federasiyasına qarşı dördüncü sanksiyalar paketi hazırlanır.

KONKRET.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

“Avropa İttifaqı Ukraynada xüsusi hərbi əməliyyat aparması ilə əlaqədar Rusiyaya qarşı dördüncü sanksiyalar paketini qəbul etməyə hazırlaşır”, – deyə Borrel bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*