Ruslar bu ölkədə 90 gün qala biləcəklər – Viza sistemi ləğv edildibackend

Ruslar bu ölkədə 90 gün qala biləcəklər - Viza sistemi ləğv edildi

Albaniya mayın 1-dən, sentyabrın 30-dək ruslar üçün tətbiq olunan viza sistemini ləğv edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Albaniyanın Rusiyadakı səfirliyi rusiyalı turistlərin mayın 1-dən, sentyabrın 30-dək ölkəyə vizasız səfər edə biləcəklərini açıqlayıb.

Artıq ruslar Albaniyaya giriş icazəsi olmadan 90 günə qədər bu ölkədə qala biləcəklər. Lakin sentyabrın 30-u daxil olmaqla ölkəni tərk etməlidirlər.

Səfirlik əlavə edib ki, əgər rusiyalı turistlər Albaniyada 90 gündən çox qalmağı planlaşdırırsa, o zaman “D” kateqoriyalı vizas almalıdırlar.

Daha əvvəl Norveçin Moskvadakı səfirliyi 2022-ci ilin may ayından etibarən Rusiya vətəndaşlarından turist vizası üçün müraciətlərin qəbulunu bərpa etmək niyyətində olduğunu açıqlamışdı.

Rusiyanın baş naziri Mixail Mişustinin sözlərinə görə, aprelin 9-dan Rusiya bir sıra ölkələrlə hava məkanını açacaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*