Rusiya hərbçiləri Luqansk vilayətinin Rubejnı şəhərini gecə boyu atəşə tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat yayıb.
“Ruslar Rubejnıda cəhənnəm yaşatdılar, şəhər bütün gecə boyu atəşə tutuldu. 27 ev dağıldı. Əhalinin doğmaları ölür, evləri dağılır. Rusiya ordusu məqsədyönlü şəkildə dinc insanları vurur, onlara təhlükəsiz şəkildə getməyə imkan vermir”, – Qayday bildirib.
