backend

Ruslar Lukaşenkoya kredit verilməsini istəmir - Petisiya

Rusiyanın Belarusa dövlət krediti verməməsi ilə bağlı “Change.org” saytında Rusiya hökumətinə ünvanlanan petisiya yaradılıb.

KONKRET.az xəbər verir ki, petisiyanın müəllifləri Minskə kreditin verilməməsi ilə bağlı üç səbəbin olduğunu bildiriblər. Bu səbəblər Belarusa verilən kreditlərin geri qaytarılmaması ilə bağlı təhlükə, Rusiya daxilində pulun yatırılmasına ehtiyac olan çoxsaylı istiqamətlərin mövcudluğu, Belarusa veriləcək kreditlərin güc fəaliyyətləri üçün xərclənəcəyi qorxusudur.

Qeyd edək ki, bundan öncə “Kommersant” qəzeti Belarus lideri Aleksandr Lukaşenkonun Vladimir Putindən 3 milyard dollar kredit istəmək üçün Moskvaya gələcəyi haqqında məlumat yaymışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*