Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı – FOTObackend

Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO

“Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları atəşkəsə əməl olunmasına nəzarət və nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək vəzifələrini davam etdirirlər”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Keçən gün ərzində Madagiz (Suqovuşan – red.) – Kəlbəcər marşrutu yolu ilə Rusiya hərbi polisi Dağlıq Qarabağ yaşayış məntəqələrində infrastrukturun bərpası üçün tikinti materialları, yerli sakinlər üçün ərzaq və müxtəlif mallar çatdıran 53 yük maşını üçün təhlükəsizliyi təmin edib”, – deyə nazirlikdən bildirilib.

Məlumata görə, mülki nəqliyyat və humanitar yüklərin müşayiət olunması tapşırıqlarını yerinə yetirməklə yanaşı, Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi humanitar aksiyalar zamanı təhlükəsizliyin təmin edilməsində və Laçın dəhlizində patrul xidmətində iştirak edir.

“Sülhməramlı kontingentin məsuliyyət zonasında patrul xidməti zamanı atəşkəs rejiminin pozulması və rus hərbçilərə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb”, – deyə açıqlamada bildirilib. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*