Martın 26-da “Vostok” əməliyyat-taktiki qrupu 60-a qədər düşməni məhv edib.
KONKRET.az xəbər verir ki, bu barədə bölmədən məlumat verilib.
“Saat 20:00-a olan məlumata görə, “Vostok” qruplaşması Rusiya ordusunun dörd hücumunu dəf edib. İşğalçıların itkiləri: 60-a qədər şəxsi heyət, 5 tank, 6 piyada döyüş maşını və 1 artilleriya tankı.
Rus faşistləri heç vaxt başa düşməyiblər ki, onları burada duz-çörəklə heç kim gözləmir. Onların ümid edə biləcəyi yeganə şey gülləmiz və mərmilərimizdən ibarət doyurucu şam yeməyindən sonra Ukraynanın qara torpağından ibarət yorğandır”, – “Vostok”un məlumatında qeyd olunub.
