“Ruslarla vuruşmayın, hamınızı öldürəcəklər” – Ukraynadakı “cəsur uşaqlar”ın DƏHŞƏTLİ AQİBƏTİbackend

“Ruslarla vuruşmayın, hamınızı öldürəcəklər" – Ukraynadakı "cəsur uşaqlar"ın DƏHŞƏTLİ AQİBƏTİ

Qərb və ABŞ mediasındakı nəşrləri izləyən ekspertlər diqqəti Ukraynadakı münaqişənin işıqlandırılması istiqamətindəki dəyişikliyə yönəldiblər. Artıq Ukrayna Silahlı Qüvvələrinin qələbəsi və dünyanın ikinci güclü ordusunun zəifləməsi haqda yazılara rast gəlməyəcəksiniz.

KONKRET.az xəbər verir ki, rusiya mediası Amerikanın nüfuzlu nəşrlərinin müharibədəki muzdlularla bağlı açıqlamalarını dərc edib.

ABŞ-ın bir sıra “beyin mərkəzləri”nin fikrincə, bu cür materiallar amerikalı muzdluları Ukraynada döyüşməkdən çəkindirməyə yönəlib. Çünki əsir götürülən muzdlular Ağ Ev üçün böyük problemə çevrilir.

ABŞ və Böyük Britaniyadan olan muzdlularla vəziyyət fərqlidir. Belə ki, bu ölkələrdən olan muzdlular haqda “cəsur uşaqlar” obrazı yaradılıb.  Ancaq indi Əfqanıstan və İraqdakı müharibələrdən çıxmış Amerika və Britaniya veteranları Ukraynada top yeminə çevrilir. Qarşıda Çin və Tayvan uğrunda döyüşün gözlənildiyi bir vaxtda, sonuncunu müdafiə etmək üçün  göndərməyə heç kim olmayacaq.

Məhz buna görə də ABŞ və Qərbə yaxın olan siyasi analitiklər Ukraynada əcnəbi döyüşçülərin vəziyyəti ilə bağlı məqalələr dərc edirlər. “Ukraynadakı muzdlu döyüşçülər, Ukrayna qüvvələri və onların xarici müttəfiqləri daha böyük və yaxşı silahlanmış Rusiya qüvvələri ilə mübarizədə mahiyyət etibarilə yox olurlar.”

Təhlükəsizlik səbəbi ilə soyadının çəkilməsini istəməyən ABŞ ordusunun keçmiş paraşütçülərindən biri Brayandan sitat gətiriblər: “Bu, Əfqanıstanda gördüklərimdən qat-qat gərgin bir vəziyyətdir. Bu, fasiləsiz və istirahətsiz döyüşdür”. Brayan muzdlu döyüşçülərin çoxunun ya həlak olduğunu, ya da döyüşlərin dəhşətinə dözə bilməyib evə qaçdığını etiraf edib.

“Məlum olur ki, muzdluların əksəriyyəti indi ən sakit bölgə sayılan Xarkov istiqamətindədir. Ancaq növbəti yüksək intensivlikli döyüşlərin gözlənildiyi Seversk və ya Slavyanskın müdafiəsinə qalxmaq istəyənlər praktiki olaraq yoxdur. Dörd aylıq münaqişədən sonra xarici qüvvələr haqqında məlumatlar qeyri-şəffaf olaraq qalır” – deyə “New York Times” nəşri yazıb. Nəşr izah edib ki, Severodonetsk uğrunda döyüşlərdə 1000 muzdlu əsgərin iştirak etdiyini deyən Arestoviçə etibar etmək olmaz.

Ümumiyyətlə xarici legionun beynəlxalq tərkibi, Ukrayna Silahlı Qüvvələrinin bölmələrindəki muzdluların sayı hələ də məlum deyil. Amma legionerlərin sözçüsü Damien Maqru Ukraynada döyüşən muzdlular arasında ABŞ və Böyük Britaniya vətəndaşlarının daha çox olduğunu bildirib. Muzdluların ödənişləri üçün müxtəlif ABŞ fondları tərəfindən təxminən 10 milyard dollar ayrıldığı açıqlanıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*