Rüşvət alan sabiq məmurlar Ali Məhkəməyə müraciət etdibackend

Rüşvət alan sabiq məmurlar Ali Məhkəməyə müraciət etdi

Sabirabadın rüşvət almaqda ittiham olunan sabiq baş memarı Müşfiq Qasımov və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Quliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 19-na təyin edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşfiq Qasımov 8 il 6 ay, Eldar Quliyev isə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd: Təqsirləndirilən şəxslər ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar. İttihamda deyilir ki, Müşviq Qasımovun FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Quliyev Eldar Musa oğlu və digər şəxslərlə qabaqcadan əlbir olaraq Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verilməsi, bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib. Müşviq Qasımov və Eldar Quliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*