Ryabkov açıqladı – Şimali Koreya ilə müqavilədə yazılanlardan hər kəs dərs çıxartmalıdırbackend

Ryabkov açıqladı - Şimali Koreya ilə müqavilədə yazılanlardan hər kəs dərs çıxartmalıdır

Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında sazişdə təsbit olunmuş hərbi sahədə qarşılıqlı dəstək şərtləri yalnız tərəflərdən birinə hücum edildiyi təqdirdə qüvvəyə minir.

KONKRET.az “Gazeta.Ru”ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. O, qeyd edib ki, hərbi yardım mexanizmləri yalnız tərəflərdən birinin təcavüzün qurbanına çevrildiyi şəraitdə qüvvəyə minəcək. Əks halda, KXDR-ə qarşı bu cür təcavüz baş verməzsə, müqavilənin müvafiq bəndləri dəyişməz qalır və sənəddə göstərildiyi formada tətbiq edilir:”Bu, hər kəs üçün siqnal olmalıdır”, – deyə Ryabkov əlavə edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*