Saakaşvilinin tərəfdarları ilə “Gürcü arzusu”nun nümayəndələri arasında DAVA – VİDEObackend

Saakaşvilinin tərəfdarları ilə “Gürcü arzusu”nun nümayəndələri arasında DAVA - VİDEO

Batumidə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tərəfdarları “Gürcü arzusu”nun nümayəndələri ilə dava edib.

KONKRET.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Münaqişə ölkənin hakim partiyası üzvlərinin konfransı başlamazdan əvvəl baş verib.

Davanın əsas qəhrəmanları müxalifət fəalı, “Vahid Milli Hərəkat”ın nümayəndəsi Xatuna Beridze və “Gürcü arzusu”nun tərəfdarı Giorgi Qiorqadze olub.

Qaeyd edək ki, bu gün Gürcüstanda Norveçin Saakaşviliyə “insan haqları və demokratiyanı təbliğ etdiyinə görə” mükafat vermək qərarına etiraz aksiyası keçirilib.

Eks-prezidentin əleyhdarları Norveç səfirliyinin binası yaxınlığında toplaşaraq etirazlarını bildiriblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*