Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Qıraqlı kənd tam orta məktəbinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, təxminən 65-66 yaşlı kişini avtomobil vuraraq öldürüb. Sürücü isə hadisə yerindən qaçıb.
Hazırda piyadanın, habelə sürücünün kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
