Sabah 2 500 abonent qazsız qalacaqbackend

Sabah 2 500 abonent qazsız qalacaq

Masallı rayonunda 2 500 abonentin qaz təchizatında fasilə yaranacaq.

KONKRET.az-ın məlumatına görə, Masallı rayonu Ərkivan qəsəbəsindən keçən diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lürən, Qızılavar, Bala Kolatan kəndlərinin və Ərkivan qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 2500 abonentin qaz təchizatının martın 1-i saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*