Sabah Robert Koçaryan məhkəmə qarşısına çıxacaqbackend

Sabah Robert Koçaryan məhkəmə qarşısına çıxacaq

“19 yanvarda konstitusiya quruluşunun devrilməsi iddiası ilə bağlı növbəti məhkəmə iclası keçiriləcək. Absurdluq davam edir. Şuşanı təslim edən və müharibədə rüsvayçı şəkildə məğlub olan insanlar Şuşanı azad edənləri mühakimə edirlər. Dövlət maraqlarına xəyanətin sərhədləri yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözlər Robert Koçaryanın Azadlıq Komitəsinin bu günkü bəyanatında yer alıb.

Qeyd edək ki, yanvarın 19-da Robert Koçaryana qarşı açılmış cinayət işinə növbəti məhkəmə baxışı olacaq. Koçaryan ölkənin konstitusiya quruluşunun dəyişdirilməs iddiası ilə mühakimə olunacaq. Buna etiraz edən sabiq prezident tərəfdarları sabah 12:30-da Şenqavit məhkəmə iqamətgahının qarşısında aksiya keçirəcəklər.

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*