Sabiq Baş nazirin sərvəti AÇIQLANDI backend

Sabiq Baş nazirin sərvəti AÇIQLANDI 

Gürcü siyasətçi Bidzina İvanişvilinin sərvəti açıqlanıb.

KONKRET.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, siyasətçi milyarderin sərvəti 5,67 milyard ABŞ dollarıdır.

O, “Bloomberg Billionaires Index”in reytinqində 458-ci yerdədir.

Xatırladaq ki, B.İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2013-cü ildə siyasətdən gedib, lakin 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından bu ilin yanvarınadək hakim Gürcü Arzusu Partiyasına rəhbərlik edib. Yanvarın 11-də milyarder siyasəti və partiya rəhbərliyini tərk edib.

Vəsilə İbrahim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*