Sabiq direktorla baş mühasib cinayət məsuliyyətinə cəlb olundubackend

Sabiq direktorla baş mühasib cinayət məsuliyyətinə cəlb olundu

Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayeva cinayət məsuliyyətinə cəlb ediliblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, eks direktorla mühasib mərkəzə ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunurlar.

Onların əməllərinin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalarla açılıb.

Zərərçəkmiş qismində Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

Cinayət işinin təfərrüatlarını öyrənməyə çalışırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*