“46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlu seçicilərə pul paylayır”.
KONKRET.az xəbər verir ki, hazırda Avropada yaşayan jurnalist Cavanşir Həsənli sosial media hesabında bu barədə məlumat yayıb.
Jurnalist iddia edib ki, Şirvan şəhər məktəblərinin bir qrup müəllimini və məntəqə komissiyası üzvlərini “Yeganə” şadlıq sarayına toplayıblar və 100 manat “şirinlik” paylayıblar:
“Bu işi Şirvan Şəhət İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev təşkil edib. Samid Abıyev Rəşad Camalovun əmisi, Şirvan şəhər İcra hakimiyyətinin keçmiş başçısı, hazırda Zərdab İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun övladlarının kirvəsidir. Vaxtilə Mərdan Camalovun köməkçisi olub, sadiqliyini qoruyub saxlayıb. İndidən Şirvanda belə rəy yaradıb ki, Rəşad Camalovun xeyir-duası verilib, “seçilib”. Məncə, Rəşad Camalovun başqa ölkə vətəndaşlığı da olmalı idi axı…”
Qeyd edək ki, Rəşad Camalov sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.
