Sabirabadda baş verən ağır qəzada iki nəfər öldübackend

Sabirabadda baş verən ağır qəzada iki nəfər öldü

Sabirabadda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Zalqarağac kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində Süleymanov Arzuman Məzahir oğlu və Mədətov Zaur Xudayar oğlu həlak olublar.

Ağır yaralanan 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*