Şabran-Xaçmaz yolunda avtomobil aşdı – Xəsarət alanlar varbackend

Şabran-Xaçmaz yolunda avtomobil aşdı - Xəsarət alanlar var

Şabran-Xaçmaz yolunda avtomobilin aşması nəticəsində xəsarət alanlar var.

KONKRET.az-ın məlumatına görə, Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Xaçmaz rayon sakini – 1964-cü il təvəllüdlü Polaq Qasımov və Salyan rayon sakini – 1993 -cü il təvəllüdlü Tural Zeynallı müxtəlif bədən xəsarətləri ilə Şabran rayon mərkəzi xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*