Şagirdləri dini mahnı oxuyan məktəbin direktoru CƏZALANDIRILDI – VİDEObackend

Şagirdləri dini mahnı oxuyan məktəbin direktoru CƏZALANDIRILDI - VİDEO

Mərkəzi Aran Regional Təhsil İdarəsi onlayn və sosial mediada şagirdlərə dini mahnının oxudulmasına dair yayımlanan məlumatla bağlı açıqlama yayıb.

KONKRET.az xəbər verir ki, Regional Təhsil İdarəsindən bildirilib ki, bu məsələ Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib. Qeyd edilib ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb:

“Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*