Şahbuzda minaatan mərmi aşkarlandı, zərərsizləşdirildibackend

Şahbuzda minaatan mərmi aşkarlandı, zərərsizləşdirildi

Şahbuz rayonu Daylaqlı kənd ərazisində sursat aşkar edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar nazirliyin minalardan təmizləmə üzrə pirotexnik qrupu hadisə yerinə cəlb edilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 82 mm-lik minaatan mərmisi olduğu müəyyən olunub.

Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*