Şahnaz Haşımovanın son durumu açıqlandıbackend

Şahnaz Haşımovanın son durumu açıqlandı

Xalq artisti Şahnaz Haşımovanın son vəziyyəti açıqlanıb. 

KONKRET.az xəbər verir ki, onun nəvəsi Eldar Abdullayev “Qafqazinfo”ya açıqlamasında Xalq artistinin bu gün əməliyyat olunduğunu bildirib.

“Şahnaz Haşımovanın bu gün Gəncə Beynəlxalq Xəstəxanasında baş tutan əməliyyatı uğurla bitdi. Hazırda palata şəraitində müalicəsi davam etdirilir”, – deyə o qeyd edib.

Qeyd edək ki, 68 yaşlı Ş.Haşımova səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya yerləşdirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*