Şahzadə Harrinin yerinə 69 yaşlı bibisi vəzifəyə gətirildibackend

Şahzadə Harrinin yerinə 69 yaşlı bibisi vəzifəyə gətirildi

Şahzadə Harri İngiltərə Hərbi Dəniz Qüvvələrinin general-kapitanı vəzifəsindən istefa verib. Onu Şahzadə Anna əvəz edəcək.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Şahzadə Harri həyat yoldaşı Meqan Markle ilə kral imtiyazlarından imtina etdikdən ciddi addımlar atmağa başlayıb.

Belə ki, Böyük Britaniya Kraliçasının nəvəsi orduda da vəzifəsini təhvil verəcək. Bu haqda məlumatı “Sunday Times” nəşri yayıb.

Təbii ki, söhbət Dəniz piyadasının kapitanı rütbəsindən gedir. İndi bu vəzifə II Yelizabetin 69 yaşlı qızı və şahzadənin bibisi Annaya keçəcək.

Qeyd olunur ki, o, bu vəzifəni tutan ilk qadın olacaq.

Harri Birləşmiş Krallığın dəniz piyadalarının fəaliyyəti ilə əlaqədar olaraq son ziyarətə gələcək. Bu mart ayında baş verəcək.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*