Aktrisa Salma Hayek və aktyor Demian Bişir Ancelina Colinin yeni layihəsi olan “Qansız” (Without Blood) filmində rol alacaqlar.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Collider nəşri yayıb.
Mənbə yazır ki, Coli italyan yazıçısı Alessandro Barikkonun eyniadlı romanı əsasında çəkilmiş filmin rejissoru, ssenari müəllifi və prodüseri olacaq.
Süjet ata və qardaşının vəhşicəsinə öldürülməsinin şahidi olan qız Ninadan bəhs edir. Uzun illər sonra Nina qisas yolunu seçir və cinayətin hər bir iştirakçısının izinə düşür.
Lent ilk dəfə bu ilin martında elan edilib. Artıq İtaliyada çəkilişlərə başlanılıb. Buraxılış tarixi açıqlanmayıb.
Xatırladaq ki, atası livanlı ərəb, anası isə meksikalı ispan olan Salma Hayek 2 sentyabr 1966-cı ildə Meksikanın Verakrus şəhərində dünyaya gəlib. Aktyorluq karyerası ərzində Hayek 30-dan çox filmdə rol alıb. O, “Ən yaxşı qadın oyunçu” (2003) nominasiyasında Oskar mükafatına namizəd olan ilk meksikalıdır. Fernanda Monteneqrodan sonra tarixdə bu mükafata namizəd olan üç Latın Amerikalı aktrisadan sonra ikincidir (üçüncüsü Katalina Sandino Morenodur).

Roman Göytürk,
KONKRET.az
